Siyasət

Təxribatlar törədən molla rejimi!- Fatimə Hacıbəyli yazir

Sharing is caring!

İranın hər hansı ölkə ilə münasibətlərində gərginlik yaranan kimi, bu dövlətlərin səfirliyi hər zaman qəribə səslənsə də, hökumətlə heç bir əlaqəsi olmayan qruplar və ya şəxslər tərəfindən hücuma məruz qalır.
Tarixə nəzər yetirək:
Rusiyanın Tehrandakı səfirliyinə hucum: 1829-cu ildə bir qrup Tehran sakini Rusiya səfirliyinə. Nəticədə missiyanın bütün əməkdaşları və səfir Aleksandr Qriboyedov həlak olub.
ABŞ-ın İrandakı səfirliyinə hücumu :
1979-cu il noyabrın 4-də iranlı tələbələr “Amerikaya ölüm!”, “Şahı bizə verin!” şüarları ilə ABŞ-ın Tehrandakı səfirliyinə basqın ediblər. Onlar 66 nəfəri girov götürüblər, 13 nəfər isə sonradan azad edilib.
2016-cı ildə Tehranda bir qrup şəxs Səudiyyə Ərəbistanı səfirliyinin ərazisinə soxularaq diplomatik nümayəndəliyin binasına daş və “molotov kokteyli” ataraq orada yanğın törədib.
İranda diplomatik missiyalara hücumlarla bağlı bu tarixi hadisələrə nəzər yetirən zaman belə bir sual yaranır: bu gün Azərbaycanın İrandakı səfirliyinə edilmiş hücumun arxasında “ailə problemlərinə görə bunu edən bir nəfər”, yoxsa son üç ildə Azərbaycana qarşı müxtəlif təxribatlar törədən molla rejimi dayanır?

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir