Siyasət

Azərbaycan Tehran səfirliyini təxliyə etməyi planlaşdırır – AÇIQLAMA

Sharing is caring!

“Biz Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti qısa zamanda Tehran səfirliyini təxliyə etməyi planlaşdırır:

“Biz bu hücumu ən sərt şəkildə qınayırıq”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir