106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Məmmədova Qazax rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İlk fəaliyyətini Az.tv-də teleaparıcı kimi başlayıb.”42-ci Paralel” ictimai-siyasi, elmi-kütləvi jurnalın baş redaktoru, Lider Tv-də “Nə düşünürsən?” verilişinin layihə rəhbəti və aparıcısıdır. Biz jurnalist komandası olaraq ölkə əhalisinin bütün problemlərini və onun həll yollarını bilirik! Prezidentin islahatlar çağırışına uyğun olaraq problemlərin qarşıdakı beş ildə həll olunmasını istəyirsinizsə, bizə – Mehriban Məmmədovaya səs verin! Biz bilirik ki, ölkə əhalisinin sosial müdafiəyə ehtiyacı olan zümrəyə layiqli dövlət qayğısı azdır, əhalinin işsizlik problemi var, bölgələrdə iqtisadiyyat zəif inkişaf edir və s. Bütün bu problemlərin qısa müddətdə həlli üçün dövlətin güclü potensialı var. Sadəcə, bu potensialdan istifadə üçün güclü qanunvericilik bazasına, tələbkar millət vəkili və texnokrat kadrlara ehtiyac var. Xalqın formalaşdıracağı yeni parlament məhz bu tələblərə cavab verməlidir. Ona görə də seçicilərimiz diqqətli olmalı, gələcəyinə səs verməlidir! Sizi Mehriban Məmmədovaya səs verməyə – gələcəyinizə səs verməyə çağırırıq!
Oxşar Xəbərlər
Vasif Tağıyevin valideynləri: “Qürur duyuruq” – VİDEO
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları ilə birlikdə vətənə dönənlərdən biri də səfirliyə silahlı hücum nəticəsində yaralanan Vasif Tağıyevdir. Qəhrəmanlıq edərək terrorçunu zərərsizləşdirən və bu zaman yaralanan təhlükəsizlik xidmətinin əməkdaşının valideynləri övladları ilə fəxr etdiklərini və onun sağ-salamat vətənə döndüyü üçün çox şad olduqlarını bildiriblər. Vasifin atası Natiq Tağıyev yoldaşlarını xilas etdiyi üçün oğlu ilə fəxr etdiyini qeyd […]
Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini Brüsselə daha bir görüşə dəvət edib
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə komissiyaların işini aktivləşdirmək barədə razılığa gəliblər. Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib. Ş. Mişel, həmçinin, Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə daha bir görüşə dəvət edib. Xeberal.az
Ermənistandan gələn 200-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədində qalıb
Rusiya və Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində Ermənistandan gələn 200-ə yaxın yük maşını ilişib qalıb. Bu barədə dekabrın 23-də Rusiya – Ermənistan ikitərəfli iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib. Baş nazirin müavini qeyd edib ki, Ermənistan üçün nəqliyyat və logistika zəncirlərinin etibarlı fəaliyyəti, ilk növbədə, ərzaq təhlükəsizliyinin […]