Siyasət

Mövlud Çavuşoğlu İlham Əliyevi təbrik edib

Sharing is caring!

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezident.az məlumat verib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident. Zati-alinizin doğum gününü səmimi-qəlbdən təbrik edirəm.

Can Azərbaycan qətiyyətli liderliyinizlə gündən-günə güclənmiş və inkişaf etmiş, Qarabağda əldə olunan şanlı Zəfər bu gücü bütün dünyaya nümayiş etdirmişdir.

Cənab Prezidentimizin və Zati-alinizin rəhbərliyi ilə regionumuzda və dünyanın hər tərəfində nümayiş etdirdiyimiz həmrəylik və əməkdaşlığı “Bir millət, iki dövlət” anlayışı ilə daha da yüksək səviyyələrə çatdırmaqda qərarlıyıq.

Bu hiss və düşüncələrlə doğum gününüzü bir daha təbrik edir, Zati-alinizə cansağlığı, uzun ömür və sevinc dolu illər arzulayıram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir