Siyasət

Lavrov: “3+3” formatında görüşün keçirilməsinə hazırlıqlar gedir”

Sharing is caring!

“Xarici işlər nazirləri səviyyəsində Cənubi Qafqaz üzrə “3+3” formatında görüş hazırlanır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Rusiyanın xarici işlər naziri xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan platforma çərçivəsində artıq bir görüş keçirilib, lakin Gürcüstan tərəfi orada iştirak etməyiblər.

O bildirib ki, Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi məsələlərinə həsr olunmuş “3+3” formatında platformanın iştirakçıları nazirlər səviyyəsində yeni əlaqələri nəzərdən keçirirlər.

“Təxminən iki il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazın üç ölkəsinin və onların qonşuları olan Rusiya, Türkiyə və İranın iştirak etdiyi “3+3” adlı prosesin formalaşdırılması təşəbbüsü ilə çıxış etdi. Bu gün biz artıq nazirlər səviyyəsində görüşün keçirilməsinə hazırlaşırıq. Belə bir görüşün keçiriləcəyi tarixlər və konkret yerlərlə bağlı razılaşdırmalar aparırıq”, – deyə Rusiya diplomatik departamentinin rəhbəri bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir