Siyasət

Lavrov sülhməramlıların Laçın yolundakı fəaliyyətindən DANIŞDI

Sharing is caring!

“Rusiya sülhməramlıları Laçın yolunda vəziyyətin nizamlanması üçün hər saat işləyir və tərəflərlə əlaqə saxlayırlar”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Biz əlbəttə ki, hazırda ən çox maraq doğuran məsələni – Laçın yolunda vəziyyətin kəskinləşməsini nəzərdən keçirdik. Bu rəyə gəldik ki, Rusiya sülhməramlıları vəziyyətin həlli üçün sözün əsl mənasında saatbaşı çalışırlar və bu əsnada müvafiq tərəflərlə əlaqə saxlayırlar”, – deyə Lavrov qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir