Siyasət

Bayramov Lavrova Şuşadakı etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu bildirib – YENİLƏNİB

Sharing is caring!

22 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.  

Nazirlər bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.

Bununla yanaşı, azərbaycanlı aktivistlərin etiraz aksiyasının Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə qarşı həyata keçirildiyi və bu, habelə hərbi təxribatların qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğu vurğulanıb.

Yoldan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin və bununla süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb.

16:12

Dekabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-dən xəbər verilib.

Məlumata görə, söhbət zamanı regionda filiz yataqlarının qanunsuz istismarına görə Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında gərginləşən vəziyyət müzakirə olunub. Sergey Lavrov üçtərəfli sazişlərə ciddi riayət olunmasının vacibliyini vurğulayıb.

O, həmçinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası istiqamətində ritmik işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir