İdman

Türkiyəli futbolçu “Real Madrid”də debüt etməyə hazırlaşır

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubunun futbolçusu Arda Güler zədəsini sağaldıb.

Türkiyəli yarımmüdafiəçi artıq komanda ilə məşqlərə start verib. Gənc oyunçu Madrid təmsilçisində debüt etməyə hazırlaşır.

Arda La Liqanın 19-cu turunun “Malyorka” ilə matçında ilk dəfə “kral klubu”nun forması ilə meydana çıxa bilər.

“Real Madrid” Arda Güleri mövsümün əvvəlində “Fənərbağça”dan transfer edib. Türkiyə millisinin üzvü zədə səbəbindən Madrid təmsilçisinin heyətində rəsmi oyunlarda iştirak edə bilməyib.

Qeyd edək ki, “Real Madrid” – “Malyorka” qarşılaşması yanvarın 3-də Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir