Siyasət

Səudiyyə Ərəbistanının nümayəndə heyəti “Ağıllı kənd”də olublar – YENİLƏNİB + FOTO

Sharing is caring!

Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyəti Zəngilanda “Ağıllı kənd”də olublar.

“Report” xəbər verir ki, onlara “Ağıllı kənd”in mahiyyəti, layihə çərçivəsində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir.

Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək.

Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq.

15:57

Zəngilana səfər edən Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyəti şəhər məscidinə baş çəkiblər.

“Report” xəbər verir ki, məscid Heydər Əliyev Fondu tərəfindən tikilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti bu gün Zəngilanda səfərdədirlər.

Nümayəndə heyətinə Zəngilan Hava Limanı təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir