İqtisadiyyat

Rumıniyalı ekspert: “Azərbaycan neft-qaz sahəsində Aİ üçün zamanla daha böyük əhəmiyyət daşıyacaq”

Sharing is caring!

“Bölgənin elektrik enerjisi istehsalı baxımından sıxıntılarını nəzərə alsaq, Rumıniyada imzalanan Saziş enerji balansını tarazlaşdırmaq üçün bir şansdır. Həmçinin Şərqi Avropada istehsal edilən enerjinin böyük bir hissəsi fosil mənbələrdən gəlir və sonda istifadədən çıxarılmalı olacaq. Buna görə də, bərpaolunan mənbələrdən əldə edilən 1000 MVt gücündə elektrik enerjisinin axını bölgəyə və eyni zamanda, bütün Avropa İttifaqına (Aİ) bu sahədə hədəflərə daha asan çatmağa kömək edəcək”.

Bunu AZƏRTAC-a müsahibəsində Rumıniyanın enerji sahəsində nüfuzlu eksperti, “Economica.net” və “E-nergia.ro” xəbər portallarının əməkdaşı Mihai Nikuts deyib.

Ekspert bildirib ki, Aİ-nin Rusiyadan qaz və neft məhsullarının idxalını dayandırmasını nəzərə alsaq, Azərbaycan Rumıniya və Avropa üçün zamanla daha çox əhəmiyyət kəsb edəcək:

“Azərbaycan boru kəmərləri vasitəsilə artıq Avropaya qaz ixrac edən ölkədir və ümid edirik ki, TAP boru kəmərinin gücü iki dəfə artdıqdan sonra daha çox qaz ötürüləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir