Dünya

Somalidə siyasətçilərin qaldığı hotelə terror hücumundan görüntülər – VİDEO

Sharing is caring!


Somalinin paytaxtı Moqadişoda yaraqlıların hotelə hücumu nəticəsində azı doqquz nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Bu barədə Somali Milli Televiziyası xəbər verib.

Bildirilir ki, “Pearl Beach”ə hücum edən “Əş-Şəbab” terror qruplaşmasının üzvləri təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində zərərsizləşdiriliblər.

“Təhlükəsizlik qüvvələri hotelə basqın edən yeddi terrorçunun hamısını məhv etməklə Moqadişodakı “Pearl Beach” hotelinin mühasirəsinə son qoydular… Dəhşətli hücumda altı mülki şəxs və təhlükəsizlik xidmətinin üç əməkdaşı həlak olub. Hüquq-mühafizə orqanının əməkdaşları 84 nəfəri sağ-salamat xilas ediblər”, – deyə telekanal polisə istinadən xəbər verib.

Qeyd edək ki, iyunun 9-da yerli vaxtla saat 20:00 radələrində “Əş-Şəbab” terror qruplaşmasının yaraqlıları rəsmilərin və siyasətçilərin qaldıqları “Pearl Beach” hotelini ələ keçirmişdilər.

Sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb.

Mənbə: “NEXTA Live” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir