Dünya

Şotlandiyada 50-dən çox delfin sahildə ölü vəziyyətdə tapıldı – VİDEO

Sharing is caring!


Şotlandiyanın Lyuis adasının sahilində ölü vəziyyətdə 55 delfin aşkar edilib.

Delfinlər sürü halında sahilə atıldıqdan qısa müddət sonra tələf olublar.

“Delfinlər güclü sosial əlaqələri ilə seçilirlər, buna görə də tez-tez bir delfin sahilə atılanda, digərləri də onun ardınca hərəkət edirlər”, – “deyə British Divers Marine Life Rescue” xeyriyyə təşkilatının sözçüsü bildirib.

Qeyd olunur ki, xilasedicilərin və baytarların səylərinə baxmayaraq, sürü halında olan delfinlərin çoxu tələf olub. Qalan delfinləri xilas etmək mümkün olmadığından onlar baytarlar tərəfindən evtanaziya edilib.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir