Dünya

Rusiyada anbarda güclü yanğın: Fəlakət sahəsi beş dəfə böyüdü – VİDEO

Sharing is caring!

Rusiyanın Krasnoyarsk şəhərində məişət texnikası istehsal edən zavodun anbarlarında yanğın baş verib. Hazırda yanğının sahəsi 12 500 kvadratmetrə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verib.

Əvvəlcə yanğının sahəsinin 2 500 kv.m olduğu deyilirdi. Binanın tamamilə yararsız hala düşə biləcəyi bildirilir.

Yanğınsöndürənlər hadisə yerindən 10 nəfəri təxliyə ediblər. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Yanğının söndürülməsinə Rusiya FHN-in 70-dən çox əməkdaşı və 25 texnikası cəlb olunub.

Qeyd edək ki, zavodda “Biryusa” soyuducu və soyuducu avadanlıqları, qabyuyan və paltaryuyan maşınlar, tibbi avadanlıq istehsal edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir