Siyasət

“İranın həm daxili, həm də xarici siyasəti riyakarlıq üzərində qurulub” – RƏY + FOTO

Sharing is caring!

“İranın xarici siyasət kursu daxili siyasəti ilə üst-üstə düşür. İran hakimiyyəti öz insanları ilə necə davranırsa, digər dövlətlərə də həmin ritorikanı tətbiq etməyə çalışır”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, molla rejimi mənəviyyatdan çox uzaqdır:

“İranın həm xarici, həm də daxili siyasətində qeyri-səmimiliyini, riyakarlığını görmək mümkündür. Elə buna görə əksər ölkələr Tehranla yaxın münasibətlər qurmaq istəmirlər. Bu gün İranın ən yaxşı münasibətləri Ermənistan və Rusiya ilədir. Bu isə onların ortaq maraqlarından xəbər verir”.

Politoloqun sözlərinə görə, əksər ölkələrlə qeyri-adekvat münasibətin səbəbkarı İranın özüdür:

“İranın çox absurd xarici siyasəti var. Bildiyiniz kimi, bu dövlət daim gərginlik axtarır. Ermənistana raketlərin verilməsi sabah müharibənin başlanacağı kimi başa düşülməməlidir. Amma Tehran həmişə münaqişədə maraqlıdırlar. Ermənistan alət ölkədir. İrəvan hər kəsə öz xidmətlərini təklif edir. Nəticədə öz maraqları təmin olunur. Beləliklə, İran-Ermənistan partnyorluğu hər iki tərəfin ürəyincədir”.

Qeyd edək ki, İranın “Tahrireh” saytında dərc olunan “İran raketlərinin Ermənistana gəlməsi və regionun geosiyasi gələcəyi” sərlövhəli məqalədə bu gün Tehranın dünyanın 55-dən çox ölkəsinə silah ixrac etdiyi bildirilib. Qeyd olunub İran silahları yüksək keyfiyyətli və münasib qiymətə malikdir.

Məlumata görə, Ermənistan İrandan “Dehlaviyyə” zirehli raketləri, “Top Attack Almas” raketləri, bir neçə döyüş, kəşfiyyat və kamikadze pilotsuz uçuş aparatları alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir