Siyasət

Şuşa-Laçın yolu: günahkar kimdir?

Sharing is caring!

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası ilə əlaqədar kütləvi informasiya vasitələrində kifayət qədər məlumat verilib və məlumatlar gəlməkdə davam edir. Ermənilər tərəfindən belə bir şaiyə yayılıb ki, guya yolu aksiyaçılar bağlayıb. Kökündən yalandır. Heç kəs deyə bilməz ki, ümumiyyətlə bu hadisədə azərbaycanlılar günahkardır. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.

       Gəlin məsələyə faktların gözü ilə baxaq. Hər kəsə məlumdur ki, üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir.

       Uzun illər Azərbaycana qarşı işğalçılıq siyasəti yeritmiş, 9 şəhərimizi, 300-ə yaxın kəndimizi viran etmiş Ermənistan hakimiyyətinin sözügedən etiraz aksiyasını yanlış yöndən şərh etmə cəhdləri əbəsdir, tam əsassızdır. Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

       Cari il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

. Bəli, 12 dekabr aksiyası, əslində, Azərbaycanın ortaya qoyduğu yumşaq gücdür. Bu gün aksiyaya gedən hər kəs özünü, həm də, 44 günlük müharibənin iştirakçısı kimi hiss edir. Belə hesab edirəm ki, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı qətiyyətlə alınmalıdır.

 Əbdulla Məmmədov,

Cəlilabad rayonu, Ağdaş kənd İnzibati-Ərazi

 Dairəsi üzrə nümayəndənin müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir