Siyasət

Vətəndaşlarımıza görə regionun əsas güc mərkəzi hansı dövlətdir: Azərbaycan, Türkiyə, yoxsa Rusiya?

Sharing is caring!

Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejiminin pozulması hallarının artması fonunda Sosial Tədqiqatlar Mərkəzi könüllülük prinsipi ilə 18 yaşdan yuxarı 390 respondent arasında rəy sorğusu keçirib. 

Qarabağ iqtisadi rayonu ətrafında və regionda yaranan geosiyasi vəziyyətin ictimai rəydə necə qiymətləndirildiyini göstərən bu sorğuda maraq çəkən məqamlardan biri insanların regionda əsas güc mərkəzləri kimi hansı dövlətləri görmələridir.

Oxu.Az xəbər verir ki, respondentlərin 82,3 faizi Azərbaycanı, 78,5 faizi isə Türkiyəni regionun əsas söz sahibi hesab edir. 21,3 faiz iştirakçı isə bütövlükdə türk dünyasının regionda əsas rol oynadığını diqqətə çatdırıb.  Ancaq sorğu iştirakçılarının 32,6 faizi bu gün əsas güc mərkəzinin Rusiya olduğunu düşünür. Cəmi 2,3 faiz isə İranın aparıcı dövlət olduğu qənaətindədir. 

Respondentlərin 5,1 faizi digər cavab variantlarını səsləndirib. “Ermənistan” cavab variantını ümumiyyətlə seçən olmayıb, 1,8 faizi isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir