Secme Xeberler

Bakı Zooparkının açılmağına az qalıb

Sharing is caring!

İki ildən artıqdır təmirə bağlanan Bakı Zooloji Parkında yenidənqurma işləri tamamlanmaq üzrədir. 

Bu barədə Zooparkdan məlumat verilib. Bildirilib ki, parkda təxminən 2-2,5 aylıq iş qalıb. Təmir işləri tam bitəndən sonra Bakı Zooparkı ziyarətçilərin üzünə açılacaq:

“Hazırda pandemiya şəraiti olduğuna görə təmirin nə vaxt bitəcəyi ilə bağlı konkret vaxt deyə bilmirik. Açılışdan sonra ziyarətçiləri bir çox xoş sürprizlər gözləyir. Zooparkın ərazisi 2 hektar böyüdülüb və 4 hektara çatdırılıb. Burada saxlanılan heyvanların sayı da artırılıb. Həmçinin akvariumlar, terrariumlarla, heyvanların yaşayış arealı ilə bağlı yeniliklər olacaq”.

Qeyd edək ki, Bakı Zooparkında 2019-cu ilin fevral ayından bəri təmir işləri aparılır. Zooparkdakı heyvanlar Qaradağ rayonunda yaradılmış müvəqqəti sığınacağa yerləşdiriliblər. 

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir