Siyasət

Əli Əsədov SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub

Sharing is caring!

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 16-da Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ – SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Baş nazir və Azərbaycan Respublikasının rəsmi nümayəndə heyətinə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir