Siyasət

Azərbaycandan Ukrayna ali təhsil müəssisələri üçün generatorlar göndərildi – VİDEO

Sharing is caring!

Azərbaycandan Ukraynaynanın ali təhsil müəssisəsinə humanitar yardım göndərilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında paylaşım edib.

“Ölkəmizin enerji təchizatı obyektlərinin Rusiya qoşunları tərəfindən davamlı atəşə tutulması şəraitində Kiyev Milli İnşaat və Memarlıq Universitetinin azərbaycanlı məzunları Ukraynanın Azərbaycandakı Səfirliyinin köməyi ilə doğma “Alma mater”ə son dərəcə mühüm humanitar yardım (generatorlar) göndəriblər.

Layihə, adıçəkilən ali təhsil müəssisəsinin Honoris Causa, Fəxri Doktoru olan İqbal Babayevin təşəbbüsü və şəxsi iştirakı ilə həyata keçirilib.

Təşəkkürlər dostlar! Birlikdə dayanacağıq! Birlikdə qalib gələcəyik!”, – deyə paylaşımda qeyd edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir