Siyasət

Siyavuş Novruzov: “Cənublu qardaşlarımıza demək istəyirik ki, qələbə təkcə Qarabağla yekunlaşmayacaq”

Sharing is caring!

“Türkmənçay müqaviləsindən sonrakı 200 illik tariximiz ərəfəsində Prezident İlham Əliyev yeganə liderdir ki, onun şəkilləri Təbrizdə asılır. Cənublu qardaşlarımıza demək istəyirik ki, qələbə təkcə Qarabağla yekunlaşmayacaq və daha böyük nailiyyətlərə imza atacağıq”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanın dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması vacibdir.

“Səməd Vurğun “Vaqif” poemasında yazırdı: Bir yandan Fransa, bir yandan İran, bir yandan da Rusiya göndərir fərman. Bu sətirlər bugünkü mənzərəni də əks etdirir. Havadan barıt qoxusu gəlir. Ona görə də müdafiə və təhlükəsizlik xərcləri artırılmalıdır”, – deyə Siyavuş Novruzov əlavə edib.

Bildirək ki, Azərbaycanla İran arasında siyasi gərginlik davam edir. İran Azərbaycanın Ermənistanla sərhəddə yeni mövqelərdə möhkəmlənməsinə qarşı çıxır.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir