Dünya

Baydenin evi qarşısında etiraz aksiyası keçirildi – VİDEO

Sharing is caring!


Yüzlərlə nümayişçi ABŞ Prezidenti Co Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evinin yaxınlığında toplaşaraq Qəzza zolağında atəşkəs tələbi ilə çıxış ediblər.

Etirazçılar Baydenin Vaşinqton yaxınlığındakı Arlinqton Milli Qəbiristanlığını ziyarət etdikdən və Veteranlar Gününü qeyd etmək üçün Naməlum Əsgərin məzarına gül dəstəsi qoyduqdan sonra Vilminqton iqamətgahına gələcəyini gözləyiblər.

Prezidentin evinin qarşısındakı bəzi nümayişçilər Baydeni soyqırımda ittiham edən şüarlar səsləndiriblər. Onlar dövlət başçısından Qəzza zolağında atəşkəsə nail olmağı tələb ediblər.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir