Cəmiyyət

Keyfiyyətli çayın dadını mikroblar müəyyən edir – ARAŞDIRMA

Sharing is caring!


Çinin Fujian Kənd Təsərrüfatı Universitetinin alimləri müəyyən ediblər ki, çayın dadı təkcə onun müxtəlifliyindən və böyümək şəraitindən deyil, həm də köklərindəki torpaq bakteriyalarından asılıdır.

Oxu.Az xəbər verir ki, tədqiqat “Current Biology” elmi jurnalında dərc olunub.

Alimlər bildiriblər ki, kök mikrobları ammonyakın udulmasına təsir göstərir, bu da öz növbəsində çay içkisinin dadını müəyyən edən teaninin artmasına səbəb olur.

Tədqiqatçıların fikrincə, təcrübə üçün yaradılan “SynCom” süni mikrob çayın keyfiyyətsiz çeşidlərini stimullaşdırmaq üçün istifadə edilə bilər. Bundan əlavə, mikroblar azotun udulmasını yaxşılaşdırır ki, bu da gübrə ehtiyacını azaldır.

Gələcəkdə alimlər öz kəşflərini yüksək proteinli düyü və digər bitkilərin yetişdirilməsinə yönəldəcəklərini düşünürlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir