Siyasət

Erməni spiker: “Paşinyan Əliyev və Putinlə görüşmək üçün Soçiyə gedəcək”

Sharing is caring!

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri – İlham Əliyev və Vladimir Putinlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

“Bəli, məndə olan məlumata görə, o gedəcək. İnanıram ki, görüş baş tutacaq”, – deyə Simonyan bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

Mənbə: “Sputnik” Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir