Siyasət

Ermənipərəst rusiyalı deputatın Ermənistana girişi qadağan edilib

Sharing is caring!

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda “persona non-qrata” elan edilib.

Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır.

“Bizdə olan məlumatlara görə, Konstantin Zatulinin Ermənistana girişi qadağandır. Bundan sonra o, Ermənistanda arzuolunmaz şəxs hesab olunur”, – deyə qəzetdə bildirilir.

Qeyd edək ki, deputat Zatulin müsahibələrində 44 günlük müharibədə məğlubiyyətə görə dəfələrlə Ermənistan hakimiyyətini ittiham edib və baş nazir Nikol Paşinyanı istefaya çağırıb. O, qatı ermənipərəst mövqeyi ilə tanınır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir