Siyasət

Amerikalı ekspert: “Makronun Azərbaycan xalqına qarşı təhrikedici bəyanatları qəbuledilməzdir”

Sharing is caring!

“Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan xalqına qarşı təhrikedici bəyanatlarla dolu son müsahibəsi qəbuledilməz və kobuddur”.

Bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

O bildirib ki, Fransada böyük erməni icmasının yaşaması Prezident Makronu onlara loyallıq nümayiş etdirməyə vadar edir və bu da eyni zamanda, Fransanın xarici siyasət maraqlarına xələl gətirir.

“Rəsmi Paris, məlum səbəblərdən, daim İrəvanı dəstəkləyib və Fransanın özəl sektoruna, Fransa vətəndaşlarının Avropada və onun hüdudlarından kənarda təhlükəsizliyi üçün faydalı uzaqgörən xarici siyasət prinsiplərindən imtina edib. 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli danışıqlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı Ermənistanın rəsmi mövqeyinin tanınmasının təmin edilməsi istiqamətində mühüm addım oldu, lakin Makronun Azərbaycan xalqına qarşı təhrikedici bəyanatlarla dolu son müsahibəsi qəbuledilməz və kobuddur. Buna səbəb bu bəyanatları BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkədən birinin dövlət başçısının səsləndirməsidir”, – ekspert söyləyib.

Onun sözlərinə görə, Fransa prezidenti Ermənistandakı hakimi rejimi müdafiə etməklə böyük səhvə yol verib və bununla da rəsmi Parisi Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqun qurulmasına cavabdeh olan “dəyirmi masa”nın həmsədri kimi qərəzsiz rolundan məhrum edib.

Politoloq vurğulayıb ki, rəsmi Paris beynəlxalq hüquq prinsiplərinə və Aİ-nin təhlükəsizlik sisteminə getdikcə daha az loyallıq nümayiş etdirir:

“Emmanuel Makronun prezidentliyi dövründə Fransanın xarici siyasətinin əsas prinsipləri əsaslı şəkildə dəyişib. Makronun daxili auditoriyaya ünvanladığı ictimai diskurs Fransanın Avropada və Asiyada milli maraqlarına ciddi zərbə vurur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir