Siyasət

Parlamentdə şəhid ailələrinin problemi qaldırıldı

Sharing is caring!

Milli Məclisin deputatı Müşfiq Cəfərov şəhid övladlarına şamil olunan imtiyazlara düzəliş edilməsini təklif edib.

“Report”un məlumatına görə, deputat Azərbaycanda şəhid övladı olan şəxsin 18 yaşına kimi, təhsillə bağlı məsələdə isə 23 yaşına kimi dövlətin himayəsində olduğunu xatırladıb.

Deputat bildirib ki, Gəncədən olan şəhid övladları ona müraciət edərək 18 yaşdan sonra imtiyazlar ləğv edildiyi üçün iş tapmaqda çətinlik çəkdiklərini qeyd ediblər:

“Amma nəzərə almaq lazımdır ki, mentalitetimizə uyğun olaraq ölkədə valideynlər bütün ömrü boyu övladlarına dəstək olurlar. Şəhid övladları həmçinin bildirirlər ki, şəhidin varisi sayılan həyat yoldaşı vəfat etdikdən sonra ev növbəsinə dayanmaq da ləğv edilir. Hesab edirəm ki, imtiyazlara yenidən baxılması dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının gücləndirilməsinə öz töhfəsini vermiş olar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir