Siyasət

İran Azərbaycanla sərhəddə hərbi təlim keçirəcək

Sharing is caring!

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” regional qərargahı Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirəcək.

Bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı general Pasdar Məhəmməd Pakvər bəyan edib.

Onun sözlərinə görə, hərbi təlimin yaxın günlərdə İranın şimal sərhədlərində və Araz ətrafında keçirilməsi planlaşdırılıb.

“Təlim ordunun illik təqviminə uyğun olaraq və Quru Qoşunlarının döyüş hazırlığının artırılması  istiqamətində tapşırığın icrası ilə əlaqədar keçirilir”, – deyə iranlı general vurğulayıb.

Mənbə: Entekhab.ir

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir