Siyasət

Ekspert: “Ermənistan İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq hüququ kobud şəkildə pozub”

Sharing is caring!

“Ermənistan İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq günahsız dinc əhaliyə qarşı terror aktlarını davam etdirib”.

Bunu “Report”a açıqlamasında Ortaq Gələcəyə Malik Cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm Gəncəyə raket hücumlarının ikinci ildönümünü münasibət bildirərkən deyib.

“Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim tarixə malik, ikinci böyük şəhəri olan Gəncənin mərkəzinə hücumundan iki il ötür. O vaxt Ermənistan əməliyyat-taktiki ballistik raketdən istifadə edib. Nəticədə qadın və uşaqlar daxil olmaqla, 26 mülki şəxs həyatını itirib”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, İrəvan törətdiyi təxribatlara, hücumlara və beynəlxalq hüquq prinsiplərinin pozulmasına görə cavab verməlidir: “Hesab edirəm ki, beynəlxalq ictimaiyyət regional maraqlı tərəflərlə birlikdə Ermənistana təzyiq göstərməlidir. Bundan başqa, İrəvan rəhbərliyi əldə olunan bütün razılaşmalara əməl etməli və regionda münaqişələri qızışdırmaqdan çəkinməlidir”.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ümumilikdə beş dəfə – 4, 5, 8, 11, 17 oktyabr 2020-ci il tarixlərində raketlərdən və ağır artilleriya qurğularından atəşə tutub. Bu hücumlar nəticəsində 26 nəfər həyatını itirib, 175 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 mülki şəxs yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış binasına, 288 avtomobilə, 1 018 təsərrüfata ziyan dəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir