Siyasət

Emin Hüseynov: “Qarabağda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik”

Sharing is caring!

“Təkcə Qarabağ iqtisadi rayonunda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik”.

“Report” xəbər verir ki, bunu Naftalanda keçirilən “Naftalan – Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar” beynəlxalq elmi-praktik konfransında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Ermənistanın verdiyi mina xəritələrinin effektivliyi 25%-dir. İşğaldan azad edilmiş ərazilərin mina və partlamamış sursatlarla çirkləndirilməsi bu ərazilərinin bərpasını ləngidir. Səkkiz ayda – rekord müddətdə – Füzuli aeroportu inşa edilib. Tezliklə Ağdam və Füzulidə iki xəstəxananın tikintisinə başlanılacaq. Yaxın vaxtlarda Pənahəli xanın sarayı da bərpa ediləcək. Suqovuşan, Tuğ və Hadrutun turizm inkişaf konsepsiyaları hazırlanıb. Ağdamda özəl şirkətlər hotel tikintisinə başlayıblar. Bu şəhər tamamilə bərpa edildikdən sonra onu biznes mərkəzinə çevirmək planı var. Ağdamda inşa ediləcək atçılıq mərkəzi də turizminin inkişafına təkan verəcək.

Qarabağın təbiəti burada ekoturizmin inkişafına təkan verəcək. 2026-cı ilə qədər Ağdam və Füzuli şəhərlərinin, eləcə də bu rayonların 32 kəndinin bərpa edilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərə 2025-ci il qədər bir milyona yaxın turistin səfər etməsi gözlənilir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir