Cəmiyyət

Beyləqanda polislər qəzaya düşüblər

Sharing is caring!

Beyləqanda ağır yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Beyləqan-Yuxarı Qarabağ kanalı yolunda baş verib.

Məmmədov Havarxan Bahadur oğlunun idarə etdiyi “Ford Tranzit” markalı avtomobil Muradov Akif Məzahir oğlunun idarə etdiyi “Belarus” markalı traktorla toqquşub.

Nəticədə “Ford Tranzit”də əyləşən Laçın Rayon Polis Şöbəsinin əməkdaşları İsmayılov Güləli Zahid oğlu və Məmmədov Nurlan Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir