Dünya

Bəhreyn bazasında “alçaldıcı qəza”: Britaniyanın iki mina gəmisi toqquşdu – VİDEO

Sharing is caring!


Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus iki mina gəmisi Bəhreyndəki bazada toqquşub.

Bu barədə “Mirror” nəşri kadrlar təqdim edib.

“Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus milyon funt sterlinq dəyərində “Chiddingfold” gəmisi Bəhreyndə alçaldıcı qəzada Britaniyanın hərbi “Bangor” gəmisinə çırpıldı”, – deyə məlumatda vurğulanıb.

Hər iki gəmi “Kipion” əməliyyatının bir hissəsi olaraq Fars körfəzi və Hind okeanında Britaniya donanma qrupunun bir hissəsi idi.

Nəşrin mənbəsi gəmilərin korpusuna ziyan dəydiyini vurğulayıb.

Britaniya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi isə dəymiş ziyan barədə danışmasa da, heyət üzvlərindən xəsarət alan olmadığını qeyd edib.

Hadisə ilə bağlı yüksəksəviyyəli araşdırmalara başlanılıb. Mütəxəssislər bahalı gəmilərin necə toqquşduğunu araşdıracaqlar. Bildirilir ki, hadisənin nəticələrinin aradan qaldırılması əhəmiyyətli məbləğə başa gələ bilər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir