Siyasət

TBMM sədri: “Azərbaycanla tarixi ortaq əməkdaşlıq milli vəzifədir”

Sharing is caring!

“Azərbaycanla tarixi ortaq əməkdaşlıq münasibətlərində olmaq milli vəzifədir”.

Bu barədə TBMM sədri parlamentdəki çıxışında Türkiyə-Azərbaycan münasibətlərindən danışarkən qeyd edib.

Şəntop bildirib ki, Türkiyə qardaş Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi üçün böyük səylər göstərib.

“Göstərilən bu səylər emosional dəstəkdən effektiv əməkdaşlığa çevrildiyi üçün Qarabağı azad etmək mümkün oldu. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 30 ilə yaxındır davam edən qanunsuzluqlara son qoydu. Azərbaycanla bu tarixi ortaq əməkdaşlıq münasibətində olmaq milli vəzifədir”, – deyə Mustafa Şəntop qeyd edib.

Mənbə: Sondakika

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir