Dünya

Ukrayna Ali Radasının rəhbəri: “ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minir”

Sharing is caring!

ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib.

Bu barədə Ukrayna Ali Radasının rəhbəri Ruslan Stefançuk bildirib.

“Bu gün ABŞ-ın Ukrayna üçün lend-liz qanunu qüvvəyə minib. Bu, daha çox fərqli və yüksək keyfiyyətli silahlar deməkdir. Ukrayna, şübhəsiz ki, bütün ərazilərini geri qaytaracaq”, – deyə Stefançuk “Twitter” hesabında qeyd edib.

Hərbi ekspert və Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Oleq Jdanov bildirib ki, qanun oktyabrın 1-də qüvvəyə minəcək və bu proqram üzrə ABŞ-dan ilk silah ayın ortalarında Ukraynaya gələcək. O əlavə edib ki, silahların çatdırılma sürətinə onların Amerika və ya Avropakı anbarlardan göndərilməsi təsir edəcək.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir