Siyasət

Cahit Bağçı yenidən Şuşaya səfər edib – FOTO/VİDEO

Sharing is caring!

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşaya gedib.

Oxu.Az-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“… dəfə Şuşadayıq. Biz onun yenidən qurulmasının və inkişafının şahidi oluruq”, – deyən diplomat Şuşanın Türk Dövlətləri Təşkilatı çərçivəsində 2023-cü ildə Mədəniyyət Paytaxtı olması üçün şəhərdə hazırlıqlar getdiyini vurğulayıb.

Qeyd edək ki, Cahit Bağçı Şuşada Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Fahrettin Kocanı müşayiət edir.

 

Yeri gəlmişkən, Cahit Bağçı bir neçə gün öncə beynəlxalq Qarabağ Biznes Forumu ilə əlaqədar Şuşaya səfər etmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir