Cəmiyyət

Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək – FOTO

Sharing is caring!


Naxçıvanda ilk dəfə Novruz şəhərciyi təşkil ediləcək.

“Report” xəbər verir ki, Novruz şəhərciyi martın 19-dan martın 26-da daxil olmaqla “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində saat 10:00-dan 22:00-a qədər keçiriləcək.

Bayram günlərində şəhərcikdə konsert proqramı, bol alış-verişli Novruz bazarı və əyləncəli oyunlar baş tutacaq. Seyrəngahda bununla bağlı hazırlıq işləri görülür.

Qeyd edək ki, muxtar respublikanın rayonlarından Novruz şəhərciyinə hər saat pulsuz nəqliyyat xidməti də fəaliyyət göstərəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir