Dünya

İsrail İranın PUA-ları ilə mübarizədə Ukraynaya kömək edəcək

Sharing is caring!


İsrail Ukraynaya dron əleyhinə sistemlərin satışı üçün ixrac lisenziyalarını təsdiqləyib. Bu sistemlər Rusiyanın istifadə etdiyi İran PUA-larına qarşı istifadə olunacaq.

Rusiyanın hərbi təcavüzündən sonra İsrail ilk dəfə olaraq Ukraynaya silah satışı həyata keçirəcək.

Məlumata görə, müdafiə naziri Yoav Qallant və xarici işlər naziri Eli Kohen tərəfindən ixrac lisenziyalarının səssiz qəbulu fevralın ortalarında İsrail hökumətinin baş nazir Netanyahunun göstərişi ilə müharibə siyasətini nəzərdən keçirərkən baş verib.

Bildirilir ki, buvaxtadək İsrail belə bir addımın Rusiya ilə gərginlik yarada biləcəyindən və Suriyada İsrailin təhlükəsizlik maraqlarına zərər verə biləcəyindən ehtiyat etdiyi üçün Ukraynaya hərbi yardım göstərməkdən çəkinirdi. Lakin İranın Rusiya ilə hərbi əməkdaşlığı İsrailin mövqeyini yenidən qiymətləndirməyə sövq edib.

Mənbə: zn.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir