Kriminal

ABŞ-də hakimə hücum edən müttəhim “Hannibala çevrildi”: Əl-ayağı zəncirləndi – VİDEO

Sharing is caring!


ABŞ-də məhkəmə zalında hakimə hücum edən Deobra Redden adlı müttəhim ikinci məhkəmə iclasına çıxarılıb.

İclasda müttəhimlə bağlı xüsusi tədbirlər görülüb. Hücum edərək hakimə və mühafizəçiyə xəsarət yetirən müttəhim bu dəfə məhkəmə zalına üzündə maska, əlində əlcək və qollarında zəncirlə gətirilib.

ABŞ mətbuatında Reddenin bu halı məşhur “Quzuların səssizliyi” filmindəki Hannibal Lekter obrazı ilə müqayisə edilib.

30 yaşlı Redden beysbol çubuğu ilə adama hücum etdiyi səbəbilə 4 ilə qədər həbs cəzası alıb.

Xatırladaq ki, ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində Deobra Redden adlı müttəhim şərti azadlığa buraxılmasını istəyib. Hakim Meri Kay Holthus 3 cinayətdə üzrə məhkum olunan Reddenin şərti azadlığa buraxılma tələbini rədd edib. Bu zaman müttəhim kreslosundan sıçrayaraq hakimin oturduğu masaya atlayıb və ona hücum edib.

Mənbə: NTV Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir