Siyasət

Türkiyədəki Azərbaycan dərnəkləri Ermənistanın növbəti hərbi təxribatından hiddətlənib

Sharing is caring!

Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribat Türkiyədə yaşayan soydaşlarımızın kəskin etirazına səbəb olub.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının bəyanatında bildirilib ki, qardaş ölkədə yaşayan 5 milyona yaxın Azərbaycan əsilli türk və diaspor təşkilatları tarixi Vətənlərini dəstəkləyirlər. 

“1918-ci və 1992-ci illərdə Azərbaycan türklərinə qarşı soyqırımlar və qırğınlar törədən, vətənimizə, xalqımıza böyük ağrılar yaşadan Ermənistan və onun dünyadakı havadarları bilməlidirlər ki, dünya tarixi dəfələrlə bizim külümüzdən doğularaq ayağa qalxdığımızın və qələbələrimizin şahidi olub. Xüsusilə də bu əsrdə başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan dövləti öz vətəndaşları və coğrafiyası ilə bizim parlayan ulduzumuzdur. Qəlbimiz və dualarımız Azərbaycan xalqı və Azərbaycan Silahlı Qüvvələri ilə birlikdədir!” – deyə bəyanatda qeyd olunub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir