MARAQLI

Stalinin tərk edilmiş bağ evində cəsədlər tapıldı – FOTO

Sharing is caring!


Rusiyanın Moskva şəhəri yaxınlığındakı Mıtişi rayonunda SSRİ-nin keçmiş rəhbəri İosif Stalinin tərk edilmiş bağ evində iki cəsəd tapılıb.

İlkin məlumatlara görə, cəsədlər ərazinin Saqit adlı keçmiş mühafizəçisinə və onun dostuna aiddir. Ölüm səbəbi isə hələlik məlum deyil.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında SSRİ-nin keçmiş rəhbərinin keçən əsrin 30-cu illərində yaşadığı mülk 403,5 milyon rubla (7 milyon manat) satılıb. Alıcı Krasnodarın “Konsaltinq və hüquq” şirkəti olub.

Mənbə: “Mash” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir