Siyasət

SƏRHƏDLƏRİN NİZAMA SALINMASI LABÜDDÜR

Soçi görüşünün nəticəsi Azərbaycanın növəbəti uğurudur. İmzalanan Bəyanatda sərhədlərin delimitasiya ilə üçtərəfli komissiyanın yaranmasına nail olduq. Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir. Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir. Bu, o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür. İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.
Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir.
Bildiyiniz kimi artıq delimitasiya məsələsində İşçi Qrupun yaradılması ilə bağlı razılıq əldə olunub. Bu faktın özü də onu deməyə əsas verir ki, Ermənistan kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edilir. Zatən Ermənistanın başqa yolu da yoxdur. Paşinyan və Ermənistan yeni reallıqları qəbul eləməli, eyni zamanda həmin reallıqlarla barışmalıdır. Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq. Ermənistan dəfələrlə delimitasiya və demarkasiyanın əleyhinə olmadığını bildirib amma hansı xəritə ilə aparılması ilə bağlı ciddi fikir ayrılığı var idi. Özümüzdə olan xəritələrlə sərhədlərin delimitasiyasını apararkən Ermənistan bunu ərazilərinə hücum kimi qəbul edib sərhəddə müəyyən toqquşmalar yaranırdı. Və dünya ictimaiyyətinə Azərbaycanın Ermənistana daxil olması kimi şikayətlər edilirdi. Üçtərəfli komissiyadan sonra rəsmi İrəvanın belə iddialarının əsası olmayacaq. Kommunikasiya və nəqliyyat dəhlizinin açılmasına gəlincə isə siyasi şərhçi onu bildirib ki, görüşdə bununla bağlı ifadələr var və bu da Azərbaycana əsas verir ki, maneəsiz şəkidlə Ermənistan üzərindən Naxçıvana nəqliyyat hərəkətini bərpa etsin. Yəni ki, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar var.
Biz Azərbaycan dövləti olaraq status formalaşmasını, Azərbaycanın suverenliyinə xələl gətirəcək hər hansı inzibati bölgünü qəbul etmirik. Soçi görüşündə də nə Paşinyan tərəfindən bunu bəyanata salınab bilinməməsi, eyni zamanda Rusiyanın da bu mövzunu gündəmə gətirməməsi bizim üçün yenə də pozitiv nəticə hesab oluna bilər. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də üçtərəfli görüş barədə mövqe bildirib. Qeyd olunub ki, görüşün nəticəsində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı bəyanatda Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib. Onu bildirək ki, üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir və Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaqdadır. Həmçinin hər hansı qarşı şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapmaqdadır.Fizuli Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir