Siyasət

ZƏNGƏZUR DƏHLİZİ HÖKMƏN AÇILMALIDIR

Sharing is caring!

. Soçi görüşməsi bir çox məsələlərə aydınlıq gətirmiş oldu. Diqqət etsək görərik ki, Soçidə imzalanmış sənəddə nə keçmiş Dağlıq Qarabağ münaqişəsindən, nə də ATƏT-in Minsk Qrupundan ümumiyyətlə bəhs edilmir. Bu isə birmənalı olaraq, Qarabağ zəfərindən sonra həm münaqişənin, həm status məsələsinin, həm də ATƏT-in fəaliyyətinin artıq Qarabağ arxivində yer aldığını göstərir. Ümumiyyətlə Soçi görüşünü Azərbaycanın rəsmi İrəvan üzərindəki diplomatik qələbəsi kimi dəyərləndirmək olar. Bu gün artıq Azərbaycan danışıqlar masasında Qarabağı deyil, Zəngəzuru müzakirə edir. Bu önəmli faktordur. Soçi görüşünün gedişatı və imzalanmış sənədə əsasən söyləmək olar ki, yaxın zamanda Prezident İlham Əliyevin də dediyi kimi “Zəngəzur dəhlizini açacağıq”. Bir məqamı isə xüsusilə vurğulamaq gərəkir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Soçidə keçirilən üçtərəfli görüşdə “nəqliyyat dəhlizləri” və “dəmir yolu eləcə də nəqliyyat əlaqələrinin açılması” məsələləri ilə bağlı detalları vurğulamaqla, əslində Zəngəzur dəhlizinin həyata keçirilməsi məsələsinin danışıqlar masasının əsas gündəmi olduğundan xəbər verir.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizini açacağıq – istər danışıqlarla, istərsə də güc yolu ilə. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik. Rusiya Federasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri Zəngəzur dəhlizindən xəbər verir.Fuad Əzizov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir