Cəmiyyət

Xaçmazda avtomobillə motosiklet toqquşub, ölən var

Sharing is caring!


Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Müqtədir kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobilinin motosikletə çırpılması nəticəsində sonuncunun sürücüsü, rayon sakini 1989-cu il təvəllüdlü Turac Həsrətulla oğlu Qaibxanov aldığı xəsarətlərdən yerindəcə ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir