Dünya

İranda qum fırtınası: 250-dən çox insan xəsarət alıb

Sharing is caring!


“İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində bir gündə ən azı 253 nəfər xəsarət alıb”.

Bu barədə əyalətin böhran idarəsinin baş direktoru Məcid Mohebi məlumat verib.

“Bu gün səhərdən etibarən əyalətin tibb mərkəzlərinə 253 nəfər müraciət edib. Onlardan ən azı səkkizi mütəxəssislərin nəzarəti altında qalmalı olub”, – deyə o bildirib.

M.Mohebi həmçinin xəbərdarlıq edib ki, meteoroloji şəraitlə əlaqədar olaraq açıq havada sərf olunan vaxtı minimuma endirmək və yolda diqqətli olmaq lazımdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir