Siyasət

Yaxşılara Ləkə Yapışmaz!- Mirismayıl Xələfli yazır

Yaxşılara ləkə yapışmaz!

Bu gün 42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən deputatlığa namizəd Tahir Mirkişili haqqında bəzi saytlarda xoşagəlməz və təxribat xarakterli yazılara rast gəldim.İnanın bu adamla heç bir tanışlığım yoxdur.Amma Tahir müəllimin Milli Məcilisə namizəd olduğu Sumqayıt 42 saylı ikinci seçki ərazisində tez-tez oluram.Həmin ərazidə dostlarım çoxdur deyə, mənim də Tahir Mirkişili haqqında xoş sözlər deməyə bir vətəndaş, jurnalist olaraq fikir bildirməyə haqqım var!
Əvvəla: Tahir müəllim çox savadlı, dəyərli, humanist və ən əsası seçiciləri ilə daima sıx təmasda olan bir Millət Vəkillərimizdəndir.
Tahir müəllim heç bir zaman haqqı nahaqqa verməz.Millət Vəkili olduğu ərazidə şəhid ailələri, məcburi köçkünlər, imkansız ailələrlə mütamadi olaraq görüşər.Mənim fikrim Tahir Mirkişilini tərif etmək deyil.
Sizlərə çatdıracağım odur ki,bəzi anti Azərbaycançılar, sizin Tahir Mirkişilini hədəf seçməyiniz heçdə sizlərə baş ucalığı gətirməz! Gətirməz ona görə ki, Tahir müəllim dövlətini, millətini sevən və cənab prezident İlham Əliyevin apardığı uğurlu siyasətə sadiq bir insandır.Bir sözlə Tahir Mirkişiliyə ləkə yapışmaz.
Ləkələməyə çalışmayın!
Düzdür elə Millət Vəkilliyinə namizədlər var ki, ancaq seçkidən-seçkiyə ortalığa çıxır.Amma bundan sonra bu cür olmayacaq.
Məhz cənab prezidentin apardığı məqsədyönlü və düzgün siyasəti nəticəsində Xalq yenidən Milli Məcilis də Azərbaycanımıza öz sözü,düzgün əməlləri ilə sayılıb seçilən Tahir Mirkişili kimi deputatları o layiq olduqları deputatlıq kürsüsündə görəcəyik.
Uğurlar olsun Tahir müəllim 9 Fevral 2020- ci ildə yenidən sizi Millət Vəkili görmək arzusu ilə hələlik deyirik

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir