: ABŞ “demokratlarının” Donald Trampa qarşı qaldırdığı İmpiçment nümayəndələr palatası tərəfindən qəbul olundu.Bu hadisə ABŞ-da 3 cü dəfə təkrar olunur.Trampdan öncə Cekson və Klintona qarşı da impinçment tətbiq olunmuşdu.Lakin hər iki halda senat impinçmenti rədd etmişdir.Hazırda demokratlar iki əsas səbəb gətirərək Trampı vəzifəsindən uzaqlaşdırmağa çalışırlar.Bunlar ABŞ-ın Ukraynaya yardımı dayandırması və 2020 -ci il preizdent seçkilərində Trampa ciddi rəqib olacaq Co Baydenə qarşı təzyiqlərdir.Təbii ki, bunlar prosesin hüquqi tərəfləridir.Əslində isə Trampa qarşı daha böyük və ciddi ittihmlar var.Trampın hakimiyyətə gəlişindən sonra Orta Doğuda qərbin çox ciddi problemləri yaranmağa başlanıb.Təkcə hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çox olan ABŞ bir çox məqamlarda Rusiya ilə hesablaşmağa məcbur olub.Demokratlar Rusiya qarşı loyal münasibət sərgilədiyinə görə ona daha çox qızğındırlar.Həmçini NATO üzvü olan və bu qurumun ən güclü quru qoşunlarına malik olan Türkiyə ilə münasibətlər getdikcə pisləşir.Regionda Türkiyə kimi hərbi potensialı və döyüşkən heyyəti olan bir ordunu itirməsi NATO-nun zəifləməsinə gətirib çıxara bilər.Respublikaçılar qərara təcili olaraq yanvar ayının ilk 10 günlüyündə baxılmasına çalışacaqlar ki, növbəti dəfə impinçmenti rədd etsinlər.Lakin demokratlar israrlı görünürlər.Senatda qərarın qəbul olunması üçün səslərin üçdə ikisinə ehtiyac var.Respublikaçıların üstünlük təşkil etdiyi senatda belə qərarın verilməsi mümkün görünməsə də demokratiyanın beşiyində hər şey mümkündür.
Oxşar Xəbərlər
Cinsini dəyişən şəxslər qadınların şahmat turnirinə buraxılmayacaqlar
Beynəlxalq Şahmat Federasiyası (FIDE) cinsini kişidən qadına dəyişən transgenderlərin qadınların rəsmi turnirlərində iştirakını qadağan edib. Bu barədə FIDE-nin lisenziyalaşdırılması haqqında əsasnamədə deyilir. FIDE-nin yaydığı bəyanatda o da qeyd olunur ki, qadağa əlavə araşdırmalar aparılana və qərar qəbul edilənə qədər qüvvədə qalacaq: “Qərar əlavə araşdırmalara əsaslanmalı, FIDE Şurası isə onu iki ildən gec olmayaraq qəbul etməlidir”. […]
Polşanın keçmiş prezidenti Rusiyanı parçalamağa çağırdı
Polşanın keçmiş prezidenti Lex Valensa Rusiyanı parçalamağa və əhalisini 50 milyonadək azaltmağa çağırıb. O, bəyan edib ki, Rusiyanın siyasi sistemini dəyişmək, hətta Rusiyada xalqların üsyanı təşkil etmək lazımdır. Siyasətçinin fikrincə bu gün qlobal təhlükəsizliyi yalnız Rusiyanın parçalanması ilə təmin etmək mümkündür. Onun sözlərinə görə, Qərb demokratik yolla, NATO və Aİ vasitəsilə öz təsirini genişləndirir, Rusiya […]
Ukrayna Moskvaya dronlarla hücum etdi – Xəbərlərin 12:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. “Azərbaycanın yardımını qəbul edənləri öldürəcəklər”. Erməni fəal separatçıların planlarını açıqlayıb. Ukrayna Moskvaya dronlarla hücum edib. Şəhərin müxtəlif ərazilərində partlayış səsləri eşidilib. İndoneziyada bərə qəzaya uğrayıb, 15 nəfər ölüb. Çoxlu yaralı var. Daha ətraflı BAKU NEWS-un 12:00 buraxılışında: Xeberal.az