Sənaye və energetika

Bağa baxa bilməyən, meşəni necə inkişaf etdirəcək?

Sharing is caring!

“Müasir cəmiyyətimizdə elə hallarla, konkret olaraq elə vəzifə təyinatları ilə rastlaşırıq ki, təəccüblənməməkj mümkün olmur. Məsələn, b u yaxınlarda Vahid Sabir oğlu Fərzəliyevi Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Meşələrin İnkişafı Xidməti” Departamentində şöbə müdiri vəzifəsinə təyin ediblər”. – bu günlərdə Xəbəral.az internet portalına yazılı müraciət ünvanlayan bir neçə nəfər ekologiya təəssübkeşi həmin təyinata təəccübünü belə ifadə edib.

V.S.Fərzəliyevin bu təyinata qədər 2004-2014-cü illərdə AMEA Mərkəzi Nəbatat Bağında elmi işlər üzrə direktor müavini, 2014-2021-ci illərdə həmin müəssisənin direktoru vəzifələrində çalışdığını, 2021-ci ilin oktyabr ayında isə yol verdiyi ciddi nöqsanlara və maliyyə pozuntularına görə vəzifəsindən kənarlaşdırıldığını xatırladan informator ETSN-nin görəvə aldığı şəxsin nöqsanlarını sadalayıb:



1. V.S.Fərzəliyev Mərkəzi Nəbatat Bağında işlədiyi müddətdə nəinki heç bir quruculuq-abadlıq işləri görməmiş, əksinə, öz fəaliyyəti ilə əvvəllər çox böyük zəhmət hesabına yaradılmış kolleksiya sahələrinin məhv edilməsinə bais olmuşdur;

2. O, Mərkəzi Nəbatat Bağının işçilərinin təyinatı üzrə işləməsinə heç bir şərait yaratmamış, aparılan elmi tədqiqatlar formal xarakter almışdır;

3. V.Fərzəliyev Mərkəzi Nəbatat Bağında fəaliyyət göstərən laboratoriyalar arasında müştərək tədqiqatların təşkilinə mane olduğundan, heç bir mühüm elmi nəticə əldə olunmamışdır;

4. Alimlərin normal tədqiqat aparmaları üçün təchizat vasitələri (texniki avadanlıqlar, bitkilərə qulluq alətləri, bitki və torpaq analizləri və b.) alınmamış, ona görə də tədqiqatlar birtərəfli aparıldığından, uğursuz nəticələr alınmışdır;

5. Onun rəhbərlik etdiyi illərdə Mərkəzi Nəbatat Bağının kolleksiya sahələri yeni növlərlə, seyrək olan ərazilər isə yeni bitkilərlə nəinki zənginləşdirilməmiş, əksinə, kolleksiyasahələri baxımsızlıqdan, xəstəlik və ziyanvericilərin təsirindən kütləvi surətdə qurumuş, mövcud bir çox növlər isə sıradan çıxaraq yox olmuşdur;

6. İllərlə büdcədənkənar vəsait (ekskursiya, klip çəkilişləri, fotosessiya, pikniklər, fərdi gəzinti, bitki satışı və s.) hesabına toplanan vəsait, eyni zamanda, Mərkəzi Nəbatat Bağının inkişafəna ayrılmış dövlət vəsaiti təyinatı üzrə istifadə olunmamış və mənimsənilmişdir;

7. V.Fərzəliyevin namizədlik işi yayda və payızda çiçəkləyən bəzi ağac və kollar, doktorluq işi isə iynəyarpaqlı bitkilərlə əlaqədar olduğu halda həmin növlərin bağ ərazisində kolleksiyası yaradılmamış və növlər çoxaldılmamışdır…”

Mənbə həmçinin qeyd edir ki, AMEA prezidentinin 10 iyun 2021-ci il tarixli 132 nömrəli Sərəncamına əsasən yaradılan dövlət komissiyasının Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar əsasında çoxlu maliyyə pozuntuları və s. aşkar olunduğuna görə V.Fərzəliyev tutduğu vəzifədən və AMEA əməkdaşları sıralarından uzaqlaşdırılmışdır. Komissiyanın apardığı təftişlərin yekunları haqqında “Elm” qəzetində geniş məqalə dərc olunmuşdur. Məqalədə bildirilir ki, yoxlamaların aparıldığı ilk gündən ilk gündən şübhələr özünü doğrultmuş, Nəbatat Bağında ciddi böhranın hökm sürdüyü öz təsdiqini tapmışdır.

Müraciət haqlı olaraq belə bir sualla yekunlaşır: “İndi təsəvvür edin, Azərbaycan meşələrinin və dünya florasının kiçik bir modeli olan Mərkəzi Nəbatat Bağının bu vəziyyətə düşməsində birbaşa günahkar olan şəxsin Nazirlikdə meşə ərazilərinin inkişafına xidmət edən bir quruma şöbə müdiri təyin edilməsini normal hal hesab etmək olarmı? Ümid edirik ki, bu sualı ETSN rəhbərliyi cavabsız qoymayacaq. Nyus.Az

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir