Ermənistan baş naziri Nikol Paşinyan baş verən zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verib. Paşinyan bu barədə özünün “Twitter” hesabında paylaşım edib. “Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərinə kədərləndim. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan kömək etməyə hazırdır”, – deyə o, paylaşımda […]
“Laçında bahalıqdır”, “qalma xərcləri artırılıb”, “sadə çay verilmir” kimi iddialar cəfəngiyyatdır”. “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü ilə söhbətində “Laçın Abadlıq” ASC-nin direktor müavini Elnur Abdullayev bildirib. Onun sözlərinə görə, Laçında quruculuq-abadlıq işləri keçən ilin sentyabrında başlayıb: “İlk ayda Bakı Abadlıq Xidməti tərəfindən mobilizasiya, yerdəyişmə […]
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad rayonuna yeni icra başçısı təyin edib. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, Rafiq Əsgər oğlu Cəlilov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, Prezident bu gün digər sərəncamla Rafiq Cəlilovu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edib. Xatırladaq ki, Cəlilabadın sabiq icra […]