Xalq artisti Məleykə Əsədova qızı ilə birlikdə xaricdə dincəlir. XəbərAl.az xəbər verir ki, aktrisa qızı ilə Nyu-yorkda yayın dadını çıxarır. O, fotoları şəxsi instagram səhifəsində paylaşıb. Onun qızı Gülərlə olan fotoları izləyicilərin marağına səbəb olub. Belə ki, izləyicilər qızının böyüdüyünü və anasından fərqlənmədiyini bildiriblər. Sözügedən fotoları təqdim edirik:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 1 gün ərzində 1,5 milyon manat vəsait ianə edilib. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyindən məlumat verilib. Qeyd edək ki, Fond Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Əsas məqsəd […]
Müğənni Aslan Hüseynov vəfat edib. “XəbərAl.az” Baku TV-yə istinadən xəbər verir ki, onun yol-nəqliyyat hadisəsi zamanı öldüyü deyilir. Qəza zamanı 55 yaşlı ifaçının yanında olan sərnişinin də vəfat etdiyi bildirilir. Qeyd edək ki, ötən gün mərhum müğənninin anasının 7 mərasimi keçirilib. Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovnik-leytenantı Namidan Piriyev açıqlamasında bildirib ki, müğənni […]