Region

Alban-Udi icması Qarabağa yeni səfər edəcək

Sharing is caring!

Alban-Udi xristian icmasının rəhbəri Robet Mobili azad olunmuş ərazilərdəki Alban kilsələrinin son durumu haqqında məlumat verib.

XəbərAl.az xəbər verir ki, Modern.az-a açıqlamasında o həmin ərazilərə mərhələli şəkildə səfər edildiyini söyləyib.

“Bildiyimiz kimi, azad olunmuş ərazilər hazırda minalardan təmizləmə işləri aparılır. Bu səbəbdən həmin ərazilərə mərhələli şəkildə səfər edirik. Zəfər günündən bəri həmin ərazilərə 3 dəfə səfər etmişik. Mən səhhətimlə bağlı bəzən səfərlərdə iştirak edə bilmirdim”.

R.Mobili açıqlamasında qeyd etdi ki, gələn həftə Laçınla, Kəlbəcərə də səfərlər planlaşdırılır:

“İnşallah, gələn həftə təxminən 10-15 icma üzvü ilə birgə  səfərimiz olacaq. Bu dəfə Laçınla, Kəlbəcəri ziyarət edəciyik. Hələ ki, Xudavəngdə və Ağoğlanda olmuşuq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir