Nio çayında suyun səviyyəsinin artması Cəlilabad-Yardımlı yolunda fəsadlara yol açıb. XəbərAl.az Qafqazinfoya istinadən xəbər verir ki, çayın üzərindəki körpü yararsız hala düşüb. Suyun səviyyəsinin artması səbəbindən avtomobil yolu dağılıb, su ötürücü borular zədələnib. OXUMA SAYI: 857
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. XəbərAl.az xəbər verir ki, rayonunun Qaradolaq kəndi ərazisində Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. OXUMA SAYI: 748
Baş Prokurorluq 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) sabiq rəhbəri Ədalət Dadaşovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırma aparılması və onun barəsində cinayət işinin başlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Baş Prokurorluqdan bildirilib ki, qeyd olunanlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə heç bir material daxil olmayıb. […]